Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Lex və Polşa milli futbol komandasının müdafiəçisi Bartoş Salamonu 8 ay müddətinə futboldan uzaqlaşdırıb. Futbolçu antidopinq qaydalarını pozub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lex Poznan UEFA tərəfindən Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarına gəlib. Cəriməyə 2023-cü il aprelin 13-dən davam edəcək diskvalifikasiya daxildir. Bu o deməkdir ki, futbolçu 2023-cü il dekabrın 13-də keçiriləcək oyunlara qayıda biləcək”, – deyə klubdan bildirilib.
32 yaşlı Salamon “Lex”in yetirməsidir, lakin əsas komandada yalnız 2021-ci ildə debüt edib. 2007-2019-cu illərdə müdafiəçi İtaliyada çıxış edib. O, Brescia, Milan, Sampdoria, Cagliari və SPAL kimi klublarda çıxış etməyi bacarıb. Salamon ötən mövsüm Polşanın “Ekstraklasa”sında 12 oyun keçirib, heç bir qol vurmayıb.
Mənbə: NTV Spor











