Ukrayna ABŞ-dan əlavə Patriot hava hücumundan müdafiə sistemləri alacaqbackend

Tanınmış müdafiə şirkəti Raytheon Technologies Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalını əhəmiyyətli dərəcədə artırmağı və ildə 12 ədədə çatdırmağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Şirkətin baş icraçı direktoru Qreq Hayes bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 2024-cü ilin sonuna kimi Ukraynaya daha beş kompleksin çatdırılması planlaşdırılır.

Ukraynanın Klymenko Time nəşrinə görə, Raytheon Technologies-in istehsalı genişləndirmək qərarı Ukraynada qabaqcıl hava hücumundan müdafiə sistemlərinə artan tələbatın olduğunu göstərir.

Bundan əvvəl Bloomberg məlumat vermişdi ki, ABŞ yaxın vaxtlarda Ukraynaya 2 milyard dollar dəyərində yeni silah partiyası tədarükünü elan edə bilər. KİV-in məlumatına görə, ayrılan vəsait köhnəlmiş “Hawk” hava hücumundan müdafiə sistemi üçün buraxılış qurğuları və raketlərin və “Patriot” hava hücumundan müdafiə sistemi üçün təkmilləşdirilmiş raketlərin alınmasına yönəldiləcək.

Mənbə: Sputnik