Ukrayna ABŞ konqresmenlərindən F-16 qırıcıları tələb edir

Ukrayna rəsmiləri ABŞ Konqresinin üzvlərini prezident Co Baydenin administrasiyasına F-16 qırıcılarının Kiyevə göndərilməsi üçün təzyiq göstərməyə çağırıb.

İctimai.az-ın məlumatına əsasən, bu barədə Reuters xəbər verir.

Ukraynada qırıcıların Rusiya raket sistemlərini Amerika istehsalı olan raketlərlə vurmaq qabiliyyətini artıracağına inanılır.

Agentliyin məlumatına görə, qırıcı təyyarələrin tədarükü ilə bağlı söhbət Ukrayna rəsmilərinin, o cümlədən xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Amerika tərəfdən Senat və Nümayəndələr Palatasından demokratlar və respublikaçılar iştirak ediblər.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər