Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda keçirilən danışıqlarda bildirib ki, Kiyev Keniyada Mombasa liman şəhərində taxıl qovşağı yaratmaq niyyətindədir. Bu barədə Keniya prezidenti Uilyam Ruto X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında məlumat verib.
Afrika dövlət başçısının sözlərinə görə, o, Nyu-Yorkda “Şərqi Afrikada ərzaq qıtlığı problemini həll etmək üçün Mombasa limanında taxıl qovşağı yaratmağı öhdəsinə götürən” Ukrayna lideri ilə danışıqlar aparıb.
Bundan əvvəl Kiyevin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Ukrayna taxılının idxalına qoyulan qadağanı ləğv etməkdən imtina edən üç Avropa ölkəsinə qarşı iddialar göndərdiyi bildirilirdi. Ukrayna hakimiyyəti Polşa, Slovakiya və Macarıstanı məhkəməyə verib. Ukrayna baş nazirinin müavini Yuliya Sviridenkonun vurğuladığı kimi, bu məsələ Kiyev hakimiyyəti üçün əsasdır.
Mənbə: Lenta.ru












