Avropa İttifaqı Ukraynaya Ukrayna Mexanizmi çərçivəsində 1,8 milyard avro məbləğində yeni yardım tranşı ayırıb. Bu barədə Aİ Şurasının saytında dərc olunmuş bəyanatda bildirilib.
Bəyanatda deyilir: “Maliyyələşdirmə əsasən Ukraynanın makro-maliyyə sabitliyini gücləndirməyə və dövlət administrasiyasının davamlı fəaliyyətini dəstəkləməyə yönəlib”.
Beləliklə, 2022-ci ildən bəri Aİ ölkələri Ukraynaya təxminən 179,8 milyard avro yardım göstərib.











