Ukrayna Ali Radası Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin (2004-2013) ağır fiziki vəziyyəti ilə əlaqədar əfv olunması xahişi ilə Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə və Gürcüstan prezidenti Salome Zurabişvilinə müraciət edib. Bu barədə Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
Ukrayna parlamenti Zurabişvilini Ali Radanın insan haqları üzrə komissarına Saakaşviliyə çıxış imkanı verməyə, Avropa Parlamentlərini isə siyasətçinin əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərarlar qəbul etməyə çağırıb.
İyulun 4-də Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın keçmiş prezidenti ətrafında yaranmış vəziyyətə görə Gürcüstanın səfiri Georgi Zakaraşvilini ölkədən çıxarmaq barədə göstəriş verib, o, həmçinin Tbilisini Ukrayna vətəndaşı olan Saakaşvilini Kiyevə köçürməyə çağırıb.
Mənbə: TASS