Avropa İnvestisiya Bankı və Avropa İttifaqı ölkələri Kiyevə 400 milyon avrodan çox vəsait göndərəcək, Ukraynanın baş naziri Denis Şmıqal Twitter-də bildirib.
“AİB və Aİ-yə üzv ölkələr Ukraynanın bərpası üçün 400 milyon avrodan çox vəsait ayırır”, – mesajda deyilir.
Onun sözlərinə görə, bu, “xüsusən də mühüm infrastruktur obyektlərinin bərpası üçün ən təcili layihələrin maliyyələşdirilməsinə kömək edəcək”.
Mənbə: TASS

