Ukrayna Baş Qərargahı: Hərbi obyektlər vurulub, yeddi aerodroma raket zərbələri endirilibbackend

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda qeyd olunur ki, fevralın 24-də, yerli vaxtla 05:00-da (Bakı vaxtı ilə 07:00) Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın hərbi obyektlərinə və aerodromlarına intensiv hücumlar həyata keçirib.

“Borispol”, “Ozerno”, “Kulbakino”, “Çuquyev”, “Kramatorsk”, “Çernobaevk” aerodromlarına, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bomba zərbələri endiriblər”, – Ukrayna Baş Qərargahının məlumatında qeyd olunur.

Həmçinin, Ukrayna Hərbi Hava Qüvvələrinin hücumları dəf etdiyi bildirilir.

“Ölkənin müdafiə qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, onlar müdafiə mövqelərini qoruyub saxlayırlar. Vəziyyət nəzarətdədir. Rusiya qoşunlarının Odessaya daxil olması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, – Ukrayna Baş Qərargahı əlavə edib.