Ukrayna bir il ərzində Qərbdən 50 milyard dollardan çox yardım alıbbackend

2024-cü ilin noyabr ayı ilə 2025-ci ilin oktyabr ayı arasında Ukrayna 52 milyard dollar xarici maliyyə yardımı alıb ki, bunun da 22,9 milyard dolları dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlir olub. Ukrayna Milli Bankının məlumatlarına əsaslanan bu hesablamalar TASS agentliyinə istinadən xəbər verir.

Avropa Birliyi və G7 ölkələri ERA proqramındakı 30 milyard dollarlıq paylarını demək olar ki, tamamilə istifadə ediblər, ABŞ isə Donald Trampın hakimiyyətə gəlməsindən sonra Ukrayna üçün birbaşa maliyyələşdirməni dayandırıb. 2024-cü ilin noyabr-dekabr aylarında Kiyev 16,1 milyard dollar alıb və qismən sosial öhdəliklər üçün istifadə olunub.

AB 2026-cı ilin əvvəlində Ukrayna üçün yeni maliyyələşdirmə mənbələri axtarmalı olacaq. Eyni zamanda, Kiyev daxili borclanmanı artırır – son 12 ayda bu məbləğ 2,9 milyard dollara çatıb və bu məbləğin üçdə ikisi son altı ayda əldə edilib.