Ukrayna Birləşmiş Ştatların BMT Baş Assambleyasına ATACMS tədarükü üçün razılıq alacağını gözləyir

Ukrayna sentyabrın 19-dan 26-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasına ATACMS uzaqmənzilli raketlərin tədarükü üçün ABŞ-dan razılıq alacağını gözləyir. Buna nail olmaq üçün Kiyev Vaşinqtona təzyiqləri artırır, deyə “Politico” qəzeti mənbələrə istinadən yazır.

“Ukrayna ABŞ-ı gələn həftə [ABŞ Prezidenti Co Bayden və [Ukrayna Prezidenti] Vladimir Zelenskinin iştirak edəcəyi BMT Baş Assambleyasına ATACMS təchizatına yaşıl işıq yandırmağa məcbur edir”, – nəşr yazır.

Müəlliflər yazır ki, Zelenski Nyu-Yorka endikdən sonra Kiyevdə tədarüklə bağlı məlumat gözlənilir. Nəşrin məlumatına görə, Amerika administrasiyası daxilində ATACMS ilə bağlı “aktiv müzakirələr” davam edir.

Mənbə: A Haber

Oxşar xəbərlər