Ukrayna Avropa İttifaqı ilə qışda, maksimum qıtlıq dövründə elektrik enerjisi idxalını artırmaq barədə razılığa gəlib.
Bu barədə ölkənin energetika naziri German Qaluşenko sosial şəbəkələrdə məlumat verib.
“Dekabrın 1-dən Aİ ölkələrindən elektrik enerjisi idxalı üçün maksimal güc hazırkı 1,7-dən 2,1 GVt-a qədər artırılacaq. Bu, Ukrayna enerji sisteminin sabitliyini artıracaq”, – Qaluşenko yazır.
O, həmçinin bildirib ki, Ukrayna əlavə olaraq təcili yardım rejimində Avropa İttifaqından 250 MVt enerji axını almaq imkanı əldə edəcək.
Bundan əvvəl Ukraynanın Poltava vilayətində elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilib.