Ukrayna BVF-dən 2,7 milyard dollar cəlb etmək niyyətindədirbackend

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 2,7 milyard dollar cəlb etməyi planlaşdırır.

TASS xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“2025-ci ildə dörd rüblük təhlilin nəticələrinə əsasən BVF-dən 2,7 milyard dollar cəlb edilməsi planlaşdırılır”, – məlumatda deyilir.

Bundan əlavə, BVF ekspertləri Ukraynanın iqtisadi və maliyyə siyasəti üzrə memorandumun şərtlərinə uyğunluğunu qiymətləndirəcəklər.

Yanvarda məlum olub ki, ABŞ, Avropa İttifaqı, BVF (Beynəlxalq Valyuta Fondu), ayrı-ayrı ölkələrin hökumətləri, şirkətlər, fiziki şəxslər və fondlar 2022-2024-cü illərdə Ukraynaya 300 milyard dollar maliyyə yardımı köçürüblər.