Ukrayna gündə 16 saata qədər elektrik kəsintisinə keçə bilərbackend

Ukrayna təcili elektrik kəsintiləri qrafikinə keçir və bu, gündə 16 saatdan çox davam edən elektrik kəsintilərinə səbəb ola bilər.

Bu barədə YASNO enerji şirkətinin baş direktoru Sergey Kovalenko özünün Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, Kiyev hazırda təxminən üç saat elektrik enerjisinin açıq olduğu və ardından 10 saatlıq elektrik kəsintisinin olduğu qrafik üzrə fəaliyyət göstərir.

“Elektrik şəbəkəsində vəziyyət dəyişib. Kəsintilər 16 saatdan çox davam edə bilər. Bu, hazırkı reallıqdır”, – Kovalenko bildirib.