Ukraynanın nəzarətində olan Xerson şəhərində yerləşən zavodlara ziyan dəyib. Bu barədə Kiyevin Xerson Regional Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin etdiyi Aleksandr Prokudin öz Telegram kanalında yazıb.
Açıqlamada qeyd edildiyi kimi, gecə saatlarında əhalinin məskunlaşdığı ərazilərə endirilən zərbələr nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib. Eyni zamanda, Prokudin vurğuladı ki, söhbət “zavod ərazisi”ndən gedir.
Hadisə ilə bağlı digər təfərrüatlar, o cümlədən obyektlərin dəqiq adı və onlara dəymiş ziyanın həcmi hələlik dəqiqləşdirilməyib.
Mənbə: TASS














