Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, ölkə prezidenti Vladimir Zelenskinin fərmanına uyğun olaraq gələn il təhlükəsizlik və müdafiənin maliyyələşdirilməsi üçün Ukrayna büdcəsinə ən azı 1,69 trilyon qrivna (təxminən 46,3 milyard dollar) daxil ediləcək. Şmıqalın Nazirlər Kabinetinin iclasındakı çıxışının videoyazısı baş nazirin şəxsi Telegram kanalında yerləşdirilib.
Oktyabrın 9-da imzalanan Zelenskinin fərmanına əsasən, 2023-cü ildə Ukraynanın hərbi xərcləri ÜDM-in ən azı 21,6%-ni təşkil edəcək.
Şmıqalın dediyi kimi, bu məbləğin 56 milyard qrivnası (təxminən 1,5 milyard dollar) hərbi-sənaye kompleksi müəssisələrinin maliyyələşdirilməsinə, 48 milyard qrivnası (təxminən 1,3 milyard dollar) döyüş pilotsuz uçuş aparatlarının sayının artırılmasına sərf olunacaq.
Mənbə: A Habar