Ukrayna Kanada və Yaponiyadan daha çox pul istəyibbackend

Ukrayna ABŞ Konqresi yeni yardım paketi ilə bağlı razılığa gələnə qədər G7 ölkələri, xüsusilə də Kanada və Yaponiya ilə daha çox maliyyələşmə üçün danışıqlar aparır.

Bu barədə “Financial Times” (FT) qəzeti Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasaya istinadən yazır.

Nəşrin yazdığına görə, Ukraynanın büdcə kəsiri artır və Kiyev yeni səfərbərlik dalğasına başlasa, gələcəkdə daha da artacaq. Qeyd olunur ki, ölkənin ümumi illik büdcəsi 87 milyard dollar olmaqla cəmi 46 milyard dollar gəlir əldə edir ki, bunun da yarısı müdafiə xərclərinə gedir.

“Hökumət digər G7 ölkələri, xüsusilə Yaponiya və Kanada ilə əlavə büdcə dəstəyi ilə bağlı danışıqlar aparır” dedi Pidlasa.

Mənbə: A Haber