Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası NATO-nun Vilnüs sammitindən gözləntilərini bölüşüb

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Kiyev NATO-nun Vilnüs sammitindən 1994-cü il Budapeşt Memorandumuna zidd qərarlar gözləyir.

“Qarşıdan gələn Vilnüs sammitindən biz “antiBudapeşt” üslubunda maksimum konkretliklər gözləyirik”, o, sosial şəbəkədəki səhifəsində yazıb.

Budapeşt memorandumuna uyğun olaraq, Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi.

Bundan əvvəl Estoniyanın baş naziri Kaja Kallas NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında Ukraynanın iyulda Vilnüsdə keçiriləcək NATO sammitinə üzvlüklə bağlı “sürpriz” edəcəyini vəd etmişdi.

Mənbə: Lenta.ru

Oxşar xəbərlər