Ukraynada universal planlaşdırma və korreksiya modulları (UMPK) ilə idarə olunan Rusiya aviasiya bombasının surəti ilə təchiz edilmiş MiQ-29 qırıcı təyyarəsi görüntülənib.
Bu barədə “War History Weapons” Telegram kanalı məlumat yayıb.
Telegram kanalının müəlliflərinin sözlərinə görə, Rusiya aviabombasının Ukrayna nüsxəsi Qərb elektronikasını qəbul edib. Mərmi Medoed konstruktor bürosu tərəfindən hazırlanır.
“MiQ-29-un Dünən ortaya çıxan UMPK ilə fotosu döyüş istifadəsi deyil, sınaqlardan biridir və bu, çoxdan edilib. Modul hələ də sınaqdan keçirilir və dövlət onlara sponsorluq etmədiyi üçün tərtibatçılar pul dilənirlər”, – məlumatda deyilir.
Qeyd edilir ki, tərtibatçılar orta hündürlükdən enişlə 80 km bomba uçuş məsafəsinə nail olmaq istəyirlər. Tərtibatçılar bir modulu 25 min dollar dəyərində qiymətləndirirlər.