Amerika F-16 qırıcılarının ilk partiyası Ukraynaya gəlib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
“NATO müttəfiqlərindən F-16 qırıcılarının ilk tədarükü Ukraynaya çatıb”, – materialda qeyd edilir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, birinci partiyada olan təyyarələrin sayı “kiçikdir”.