Bloomberg mənbələrə istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Kiyevi Ukraynanın 2027-ci ilin sonuna qədər xarici maliyyə ehtiyaclarına dair proqnozunu 65 milyard dollara çatdırmağa inandırıb.
“Məsələ ilə tanış olan insanların sözlərinə görə, Beynəlxalq Valyuta Fondu Ukrayna hökumətini ölkənin 2027-ci ilin sonuna qədər ehtiyac duyacağı əlavə maliyyə ilə bağlı proqnozunu əhəmiyyətli dərəcədə artırmağa inandırıb”, – nəşr yazır.
Hesabatda qeyd olunur ki, Kiyev ilkin olaraq xarici maliyyə çatışmazlığını təxminən 38 milyard dollar qiymətləndirdi, lakin BVF ilə aparılan danışıqlar nəticəsində bu rəqəm təxminən 65 milyard dollara yüksəldi.