Ukrayna Silahlı Qüvvələri cəbhədə dronların böyük çatışmazlığı ilə üzləşir; Financial Times xəbər verir ki, bunu Urkspecsystems dronları istehsal edən Ukrayna şirkətlərindən birinin rəhbəri Dmitri Xasapov deyib.
“Ukrayna qoşunları pilotsuz təyyarələrin böyük çatışmazlığı yaşayır. Dövlətin onları almağa vəsaiti yoxdur”, – Xasapov vurğulayıb.
FT-nin məlumatına görə, 2024-cü ildə Ukraynanın silahlar üçün dövlət büdcəsi təqribən 6 milyard dollar təşkil edir, təxminən üçdə biri pilotsuz təyyarələrə ayrılır. Nəşrin fikrincə, bu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün kifayət deyil.