Ukrayna Putinin səfəri ilə əlaqədar Monqolustana qarşı demarş elan edibbackend

Ukrayna Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs olunmaması ilə bağlı qərarı ilə əlaqədar Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat yerləşdirilib.

“Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını icra etməkdən imtina etməsindən Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, – bəyanatda deyilir.

Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq. Eyni zamanda XİN ümid edir ki, Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.

Mənbə: Haber Global