Ukrayna Qərbdən 18 milyard dollarlıq hərbi yardım gözlədiyini açıqlayıbbackend

Ukraynanın baş naziri Denis Şmıqal Qərbdən ölkəyə gözlənilən hərbi yardımın həcmindən danışıb. Bu barədə TASS məlumat yayıb.

Şmıqal xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin yeddi dövlətlə təhlükəsizlik zəmanəti ilə bağlı sazişlər imzalayıb. Baş nazir vurğulayıb ki, bu istiqamətdə iş davam edir, Kiyevə artıq 18 milyard dollardan çox hərbi dəstək verilib.

O əlavə edib ki, bütün imzalanmış müqavilələr uzun müddətə – 10 ildən və daha çox müddətə nəzərdə tutulub.

Mənbə: TASS