Ukrayna Rusiyadan neft alan ölkələri təhdid etməyə başlayıbbackend

Ukrayna Rusiya neftini almağa davam edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

“Strana” nəşri xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa bildirib.

“O, Ukraynanın yaxın gələcəkdə belə dövlətlərə qarşı sanksiyalara başlayacağını açıqlayıb”, – bəyanatda deyilir.

Sibiqa əlavə edib ki, Rusiyanın neft, qaz və digər enerji ehtiyatları Rusiya büdcəsinə “əhəmiyyətli gəlir” gətirir.