Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatları İsveçrədə narazılıq yaradıb. Jurnalist Erix Aşvanden NZZ nəşri üçün yazdığı məqalədə son 15 ildə rusiyalı siyasətçinin İsveçrə ilə münasibətlərindəki dəyişiklikləri təsvir edib.
2009-cu ildə Rusiya prezidenti kimi İsveçrədə olarkən Medvedevi hərarətlə qarşıladılar və siyasətçinin özü də ölkə haqqında müsbət fikirlər söylədi. O, iki ölkə arasında dostluq əlaməti olaraq İsveçrəyə iki qonur ayı balasını gətirib.
Aşvandenin sözlərinə görə, son illər Medvedevin İsveçrəyə münasibəti kəskin şəkildə dəyişib. Hazırda bu ölkədən narazılığını açıq şəkildə bildirir. O, xüsusilə Bürgenstokda Ukrayna ilə bağlı bu yaxınlarda keçirilən “sülh” konfransından qəzəblənib.
Mənbə: NZZ