Ukrayna Silahlı Qüvvələrinə yardıma görə NATO-nun avadanlıq və sursat anbarları boşaldılıbbackend

Almaniya, Danimarka, Çexiya və Polşa da daxil olmaqla bir çox NATO ölkələri Ukraynaya böyük miqdarda silah bağışlayaraq öz anbarlarını demək olar ki, boş qoyub.

Bunu Polşanın “Forsal” nəşri üçün yazdığı məqalədə siyasi müşahidəçi Slavomir Bilinski söyləyib.

O qeyd edib ki, Kiyevə yardımın göstərilməsi NATO ölkələrinə də təsirsiz ötüşməyəcək. Bunun üçün çox yüksək qiymət ödədilər, dedi.

“Mütəxəssislər xəbərdarlıq edir ki, qəfil münaqişə baş verərsə, NATO ordusunun bir çoxu ilk həftələrdə hərbi reaksiyalarında ciddi problemlərlə üzləşəcək”, – Bilinski bildirib.