Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan britaniyalı muzdlu əsgər Freyzer Ouen Qud Facebook səhifəsində zorakılığı sevdiyini etiraf edib (Meta şirkətinin sahibi Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib).
Onun sözlərinə görə, o, Ukraynaya gəlməmişdən əvvəl Edinburq küçələrində insanları döyüb, yandırıb. Bundan əlavə, Qud etiraf etdi ki, ən qanlı döyüşlər onun həyatında ən yaxşı anlar olub.
“Yadımdadır, heç bir səbəb olmadan Edinburqda yoldan keçən bir nəfərin çənəsini sındırdım, onu üzü aşağı səkiyə atdım. Məndən niyə belə etdiyimi soruşmayın. Bilmirəm. Polis məni təqib edirdi, amma heç vaxt tuta bilmədilər”, – muzdlu yazıb.
Mənbə: TASS