ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin (AFU) vəziyyəti ilə bağlı məxfi sənədlərin sızması səbəbindən Kiyevdə hərbi planlara yenidən baxılıb, bu barədə Amerikanın CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
“Ukrayna bəzi hərbi planlarına informasiya sızması səbəbindən düzəlişlər etdi”, – nəşr yazır.
Bununla yanaşı, jurnalistlər Kiyevdə hansı konkret niyyətlərdən imtina edildiyini açıqlamırlar. Bundan əvvəl sosial şəbəkələrdə guya silahların tədarükü qrafikləri, qoşunların sayı və digər məxfi hərbi məlumatlarla bağlı müxtəlif sənədlər peyda olub.
İctimai.az

