Ukrayna su elektrik stansiyalarının dağılması nəticəsində zərər çəkmiş ərazilərin içməli suya 63 milyon dollar ayırıbbackend

Ukraynanın baş naziri Denis Şmıxal Kaxovka su elektrik stansiyasında bəndin qırılmasının nəticələrinin aradan qaldırılması üçün qərargah yaradıldığını elan edib.

TASS xəbər verir ki, onun sözlərinə görə, hökumət zərər çəkmiş rayonları içməli su ilə təmin etmək üçün təxminən 63 milyon dollar ayırıb.

Baş nazirin sözlərinə görə, ölkədə nəticələrin aradan qaldırılması üçün qərargah yaradılır. Onun tərkibinə nazirlər, onların müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və dövlət müəssisələrinin nümayəndələri daxil olacaq.

“İki yeni magistral su kəmərinin tikintisi üçün Bərpa Fondundan 1,5 milyard qriven məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edilib”, – deyə o bildirib.