Ukrayna Suriya ilə diplomatik əlaqələri bərpa edibbackend

Ukrayna və Suriya Kiyevin təşəbbüsü ilə kəsilən diplomatik münasibətləri bərpa edib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraanın iştirakı ilə diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalanıb.

Ukrayna 2022-ci ildə Dəməşqin LPR və DXR-i tanımaq qərarından sonra Suriya ilə diplomatik əlaqələri kəsib.