Ukrayna Suriyadakı yaraqlılarla Rusiya Federasiyasına qarşı əməliyyatlar barədə razılığa gəlibbackend

Ukrayna hakimiyyəti “Həyat Təhrir əş-Şam” üzvləri ilə Suriyada ölkədə yerləşən Rusiya hərbçilərinə qarşı yeni cəbhənin açılması barədə razılığa gəlib.

Bu barədə RİA Novosti Yaxın Şərq respublikasındakı məlumatlı mənbəyə istinadən yazır.

Agentliyin məlumatına görə, təxminən bir ay əvvəl Kiyev nümayəndələri terrorçularla danışıqlar aparmaq üçün bir neçə dəfə İdlibə səfər ediblər. Onlar birlikdə Rusiya Silahlı Qüvvələrinin kontingentinə zərbə endirməyi planlaşdırırdılar.

“Ukraynalılar və amerikalılar Suriyada Rusiya qüvvələrinə qarşı yeni cəbhə açmaq üçün döyüşləri Ukraynadan Suriyaya köçürür”, – mənbə vurğulayıb.

O əlavə edib ki, Kiyev hazırda Vaşinqtonla koordinasiyada “Həyat Təhrir əl-Şam”ın üzvlərinə yeni dron istehsalı texnologiyalarını öyrədir. Sonradan bu pilotsuz uçuş aparatları (PUA) Rusiya Silahlı Qüvvələrinin kontingentinə qarşı istifadə olunacaq.