Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələrinin təşəbbüsü ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli tərəfdarları qrupunun Nyu-Yorkda gözlənilən görüşünü elan edib, RİA Novosti yazır.
Putinin sözlərinə görə, o, bu yaxınlarda Çin sədri Si Tsinpinlə telefon danışığı zamanı görüş barədə məlumat alıb.
Rusiya lideri vurğulayıb ki, Moskva nəinki belə bir qrupun yaradılması təşəbbüsünü dəstəkləyir, həm də onun təşəbbüskarlarına sülhə nail olmaq istəyinə görə minnətdarlığını bildirir.
Mənbə: RİA Novosti