Ukrayna və Moldova Dnestr üzərində körpü tikəcəklər

Ukrayna və Moldova hakimiyyətləri Dnestr çayı üzərindən körpünün tikintisinə dair ikitərəfli saziş imzalayıblar.

Bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, körpü Ukraynanın Yampol və Moldovanın Kozautsı şəhərləri yaxınlığında tikiləcək.

“Sazişi Ukraynanın Baş nazirinin yenidənqurma üzrə müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov və Moldovanın infrastruktur və regional inkişaf naziri Liliya Dabija imzalayıblar”, – deyə Ukrayna nazirliyinin açıqlamasında bildirilir.

Körpünün ümumi uzunluğu 1,4 min metrdən çox olacaq, onun hər iki tərəfində piyada səkiləri olan iki hərəkət zolağı olacaq.

Mənbə: Haber Global

Related Post