Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna lideri Vladimir Zelenski haqqında dediyi sözlərə münasibət bildirib.
Sosial şəbəkələrdə Nikolenko Lukaşenkonun açıqlamasını cavabsız qoyacağını qeyd edib.
“Aleksandr Lukaşenko Ukrayna prezidentinə qarşı kobud şəxsi hücuma yol verib. Biz bu iktidarsızlıq hərəkətini cavabsız qoyacağıq”, – deyə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Mənbə: Lenta.ru
İctimai.az

