Ukrayna Xarici İşlər Nazirliyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Çində keçirilən sammitdəki yekun bəyanatında Donbassdakı münaqişənin qeyd edilməməsinə təəccüblənib.
Bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.
“Ukrayna Xarici İşlər Nazirliyi öz bəyanatında sammitin yekun kommünikesində “İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük təcavüzkar müharibədən” bəhs edilməməsini “təəccüblü” adlandırıb”, – qəzet yazır.