Ukrayna 2026-cı ilin aprelində qaz anbarlarını sıfıra endirəcək və yeni ehtiyatlara ehtiyac duyacaq. Bunu Ukraynanın “Teleqraf” nəşrinə müsahibəsində Ukrayna Enerji Tədqiqatları Mərkəzinin direktoru Aleksandr Xarçenko deyib.
“Mənim proqnozum odur ki, aprel ayına yenidən quru anbarlarla və ya qurumağa yaxın vəziyyətdə girəcəyik. Və yenə də qaz almağa ehtiyac duyacağıq”, – o deyib.
Bundan əlavə, Kiyev növbəti istilik mövsümünə qədər qaz almaq üçün resurslarla bağlı problemlərlə üzləşəcək. Ölkənin 4,5-5 milyard kubmetr əlavə qaza ehtiyacı ola bilər.













