Ukraynada bir nəfər hərbi komissarlıq işçilərinə atəş açıbbackend

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində bir nəfər hərbi komissarlıq işçilərinə atəş açıb. Bu barədə milli polisin regional idarəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, mayın 10-da hərbi qeydiyyat sənədlərinin yoxlanılması zamanı 34 yaşlı Nikopol sakini TTK nümayəndələri ilə şifahi münaqişəyə girib. Münaqişə zamanı o, tapançanı çıxararaq hərbçiyə tərəf 1 atəş açıb, bundan sonra o, hadisə yerindən qaçıb.

Həmin şəxs saxlanılıb, onun silah və sursatları götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: TASS