Ukraynada Deripaska, Miller və Kostinə qarşı sanksiyaların müddəti uzadılıbbackend

Ukrayna prezidenti Vladimir Zelenski iş adamı Oleq Deripaska, “Qazprom”un rəhbəri Aleksey Miller və VTB rəhbəri Andrey Kostin də daxil olmaqla, fiziki şəxslərə qarşı sanksiyaların uzadılması barədə fərman imzalayıb. Müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.

Ümumilikdə sanksiya siyahısında əsasən Rusiya vətəndaşları olan 390 nəfərin adı var. Hər bir şəxsə qarşı on il müddətinə məhdudiyyətlər qoyulur.

Rusiya sahibkarlarından başqa, sanksiyalar siyasi xadimlərə, o cümlədən DXR və LPR-dən olanlara şamil edilir. Onların arasında LPR Xalq Şurasının (Parlament) rəhbəri Denis Miroşniçenko və LPR-nin keçmiş rəhbəri İqor Plotnitski də var.

Mənbə: TASS