Ukraynanın bütün bölgələrində hava xəbərdarlığı elan edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bunu əhaliyə məlumat verən rəsmi resursun məlumatları sübut edir.
Qeyd edilir ki, əvvəlcə Kiyevdə hava xəbərdarlığı elan edilib, beş dəqiqədən sonra qırmızı zona bütün ölkə boyu genişlənib.
İyulun 13-də Ukraynanın “Klymenko Time” nəşri Zaporojyedə partlayışlar barədə məlumat yayıb.
Mənbə: TASS

