Ukraynanın Avropa Həmrəyliyi Partiyasından olan xalq deputatı İrina Geraşenko Vadim Qutsaitin Ukraynanın gənclər və idman naziri vəzifəsindən istefası ilə bağlı qətnamə layihəsinin Ali Radaya təqdim edildiyini açıqlayıb. O, bu barədə sosial şəbəkələrdə yazıb.
“Olqa Xarlan və Ukrayna idmanına dəstək pafoslu sözlərlə deyil, əməldə olmalıdır. Ukrayna idmanını qorumaq məsələsində geri çəkilmiş gücsüz bir nazirliyimiz var. Rusiya idmançılarının heç bir beynəlxalq yarışda iştirakına icazə verilməməli və bununla sistemli şəkildə mübarizə aparılmalıdır.
“Avropa Həmrəyliyi” idman naziri Qutsaitin istefası ilə bağlı qərarı qeydə alıb. Biz bütün fraksiyaları birləşməyə çağırırıq”, – Geraşenko yazıb.
Mənbə: TASS