Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Milli Dövlətçiliyin Müdafiəsi Departamentinin rəhbəri Roman Semençenkonu vəzifəsindən azad edib. Bu barədə RT telekanalı Ukrayna prezidentinin saytına istinadən məlumat yayıb.
“Semençenko Roman Yurieviç SBU-nun Milli dövlətçiliyin qorunması şöbəsinin müdiri vəzifəsindən azad edilsin”, – Zelenskinin sərəncamında deyilir.
Semençenkonun bu vəzifəni 2022-ci ilin oktyabrından tutduğu məlum olub. Eyni zamanda, fərman Semençenkonun tutduğu vəzifədən azad edilməsinin səbəblərini açıqlamır.
Mənbə: TASA