Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov aparıcı Avropa dövlətlərini Ukraynada sülh prosesinə mane olmaqda ittiham edib. O, bu barədə TASS agentliyinə müsahibəsində Aİ və NATO-nun hərəkətlərinin danışıqları pozmağa yönəldiyini vurğulayıb.
“Bir sıra Avropa ölkələri sülhə nail olmaq üçün əsas maneəyə çevrilir. Avropa İttifaqı və alyans rəhbərliyi Kiyevi hərbi əməliyyatları davam etdirməyə israrla həvəsləndirir”, – diplomat qeyd edib.
Onun sözlərinə görə, buna irimiqyaslı silah tədarükü, həmçinin danışıqlar prosesini sabitliyi pozan informasiya kampaniyaları kömək edir.