Ukrayna Təhlükəsizlik Xidməti kanonik Ukrayna Pravoslav Kilsəsinin (UOK) üç ruhanisinə qarşı cinayət işi açıb.
Bu barədə idarənin rəsmi Telegram kanalında məlumat verilib.
“SBU-nun müstəntiqləri onları “Bəraətləndirmə, qanuniliyin tanınması, Ukraynaya qarşı silahlı təcavüzün inkarı, onun iştirakçılarının şərəfləndirilməsi” maddəsi ilə ittiham edib”, – deyə məlumatda bildirilir.
İdarənin məlumatına görə, onları 8 ilə qədər həbs gözləyir. Nəşr bildirir ki, şübhəli şəxslərdən biri Kiyev vilayətinin Fastiv rayonunun dini icmasının rəhbəridir. Adamın Rusiya ordusunu təriflədiyi və Ukrayna Silahlı Qüvvələri haqqında “saxta” məlumatlar yaydığı iddia edilir.