Ukraynanın Çerkassı vilayətində naməlum şəxslər dəmir yolu transformator yarımstansiyalarını yandırıblar. Bu barədə Ukraynanın “Country Politics” Teleqram kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın həmsöhbətinin sözlərinə görə, hadisə iyunun 15-nə keçən gecə Podobnaya kəndində, dəmir yolu keçidinin yaxınlığında baş verib. Naməlum şəxslər 2 qıfılı qoparıb, transformatorları açaraq onlara benzin töküb, sonra isə yandırıblar. Dağılan transformatorlar dəmiryol relslərinin işləməsini təmin edib. Həmin hissədə qatarların hərəkəti dayanmayıb.
Təhlükəsizlik qüvvələri “təxribat” maddəsi ilə iş açıb. Telegram kanalı qeyd edib ki, bütün Ukraynada dəmiryol şkaflarının yandırılması baş verir.
Mənbə: TASS