Ukraynada Zelenskinin atasına ömürlük təqaüd verilibbackend

Ukrayna hökuməti Ukrayna prezidenti Vladimir Zelenskinin atası, Krivoy Roq Dövlət İqtisadiyyat və Texnologiya Universitetinin professoru Aleksandra ömürlük təqaüd verib. Sərəncam Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunub.

Təqaüd ölkədə “ali təhsil sahəsində müstəsna xidmətə” görə verilib. Aleksandr Zelenski texnika elmləri doktoru, universitetin informatika və tətbiqi proqram təminatı kafedrasının müdiridir.

Sentyabrın 1-dən ölkə üzrə ömürlük təqaüdlər 119 elmi və pedaqoji işçiyə verilib.

Mənbə: TASS