Ukraynalı deputat dövlətə xəyanətdə ittiham olunubbackend

Ukrayna Ali Radasının Müxalifət Platforması – Ömürlük (OPZZh) partiyasından olan xalq deputatı Nestor Şufriç dövlətə xəyanətdə ittiham olunub. Bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Sergey Leşşenko öz Telegram-kanalında məlumat verib.

Onun sözlərinə görə, Şufriç dövlətə xəyanətdə şübhəli bilinməsi ilə bağlı xəbərdarlıq edilib (Ukrayna Cinayət Məcəlləsinin 28-ci maddəsinin 1-ci hissəsi, 111-ci hissəsi).

Deputat Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına, dövlət və informasiya təhlükəsizliyinə qəsdən zərər vurmaqda, bir neçə şəxslə ilkin əlbir olaraq Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində xarici dövlətə yardım göstərməkdə və ya göstərməyə cəhddə şübhəli bilinir.

Mənbə: TASS