Ukraynalı fəal Lemenov: Hərbçilər ölkədə hakimiyyəti ələ keçirəcək

Ukraynalı qərbyönlü fəal Aleksandr Lemenov deyib ki, Kiyevdə hakimiyyəti hərbçilər ələ keçirəcək. Strana.ua bu barədə fəalın sosial şəbəkədəki çıxışına istinadən xəbər verir.

Lemenovun sözlərinə görə, cəbhənin hələ də əlində saxladığı Ukrayna hərbçiləri ölkədə hakimiyyəti ələ keçirə bilər. Fəal həmçinin hesab edir ki, ukraynalı deputatların intriqaları ərazilərin itirilməsinə gətirib çıxaracaq.

Bir müddət əvvəl Ukraynanın prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının deputatı Maryana Bezuqlaya adı açıqlanmayan hərbçilərlə müzakirəyə istinad edərək, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefaya getməli olduğu fikrini bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı 2024-cü il üçün plan tərtib etməyib.

Mənbə: Strana.ua

Oxşar xəbərlər