İngiltərə Premyer Liqasının (APL) rəsmi saytı dopinq qəbul etdiyi üçün diskvalifikasiya olunmuş ukraynalı futbolçu Mixailo Mudrikin də yer aldığı London Çelsi komandasının heyətini dərc edib.
Mudrik daha əvvəl geyindiyi 10 nömrəli köynək Koul Palmerə verildiyi üçün heyətdə oyunçu nömrəsiz meydana çıxıb.
Məlum olub ki, Mudrik dekabrın 17-də dopinq-testdən keçə bilməyib. Fevralın 8-də məlum olub ki, onun dopinq nümunəsi “B” mənfi olsa belə, FA Mudriki cəzalandıra bilər. Aprelin 22-də Mudrikin bu işlə bağlı yalan detektoru testindən keçdiyi məlum olub.
Mudrik 2023-cü ilin yanvarında “Çelsi”yə keçdi, o, Donetsk “Şaxtyor”undan alınıb. Transfer məbləği bonuslar nəzərə alınmaqla 100 milyon avro olub. Ukraynalı “Liverpul”la matçda qol vurmadan debüt edib.