Ukraynalı güləş üzrə Avropa çempionatında rusiyalının yanında çəkilməkdən imtina edibbackend

Ukraynalı yunan-Roma güləşçisi Pərviz Nəsibov bu günlərdə Buxarestdə (Rumıniya) keçirilən güləş üzrə Avropa çempionatında mükafatlandırma mərasimindən sonra rusiyalı Narek Ohanyanla birgə şəkil çəkdirməkdən imtina edib.

Fevralın 14-də Nəsibov da Rusiya güləşçisi kimi bürünc medal qazanıb. Final döyüşündə Türkiyə təmsilçisi Selçuk Can azərbaycanlı Ülvi Qənizadəyə qalib gəlib.

Mükafatlandırma mərasimindən sonra pəhləvanlar kollektiv şəkil çəkdirmək və əl sıxmaq üçün fəxri kürsünün bir pilləsinə qalxıblar. Ukraynalı idmançı ayağa qalxmaqdan imtina edib. Rusiyalı güləşçi fəxri kürsünü tərk etdikdən sonra Nəsibov qızıl və bürünc mükafatçıların əlini sıxıb.

Mənbə: TRT Spor