Ukraynanın İsveçrədəki səfiri İrina Venediktova rusiyalı müğənni Anna Netrebkonun Sürixdəki çıxışını ləğv etməyə çalışır, Die Weltwoche jurnalı xəbər verir.
Netrebkonun konsertinin Sürix Opera Evində baş tutması planlaşdırılır.
Qeyd olunur ki, Venediktova teatrın rəhbərliyinə yazılı müraciət ünvanlayıb, onun nümayəndələri ilə şəxsən danışsa da, nəticəsi olmayıb. Venediktova daha sonra Sürix Şəhər Şurasının üzvlərinə təzyiq göstərməyə cəhd edib.